Bank Of Baku

Rusiya Avropa Şurasının bütün institutlarından çıxır

Rusiya Avropa Şurasının bütün institutlarından çıxır
# 10 mart 2022 13:42 (UTC +04:00)

Rusiyanın Avropa Şurasından çıxması onun bütün institutlarından çıxması anlamına gəlir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təbii ki, Avropa Şurasından çıxmaq həm də bütün mexanizmlərdən çıxmaq deməkdir", - Peskov jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı bəyanatının onun bütün qurumlarından, o cümlədən Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq mənasını verib-verməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR