Bank Of Baku

Rusiya Avropada Adi Silahlı Qüvvələr Müqaviləsindən çıxıb

Rusiya Avropada Adi Silahlı Qüvvələr Müqaviləsindən çıxıb
# 07 noyabr 2023 03:21 (UTC +04:00)

Rusiya Federasiyası Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2023-cü il noyabrın 7-i saat 00:00-da Rusiyanın bu müqavilədən çıxması ilə bağlı prosedur başa çatıb. Rusiya təəssüflənmədən və haqlı olduğuna əmin olaraq bu müqavilə ilə vidalaşır. Əldə edilmiş həm müsbət, həm də mənfi təcrübə nəzərə alınacaq”, - nazirlik bildirib.

2023-cü il mayın 10-da Rusiya Prezidenti Vladimir PutinAvropada Adi Silahlı Qüvvələr Müqaviləsinin denonsasiyası haqqında qanunun hazırlanmasına göstəriş verib. Mayın 29-da Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni denonsasiya edən qanunu imzalayıb.

Avropada Adi Silahlı Qüvvələr Sazişi 1990-cı ildə Parisdə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR