Avstriya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, Avstriya səfirinə Moskvadakı diplomatik nümayəndəliyin dörd əməkdaşınım ölkədən çıxarılması barədə qərar verildiyi bildirilib.
Eyni zamanda Avstriya səfirinin diqqətinə Rusiya nümayəndə heyətlərinə viza verilməsinin çətinləşdirilməsi çatdırılıb.