Rusiya Federasiyası Barents/Avro-Arktika Şurasından çıxır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, xarici işlər naziri Sergey Lavrovun Rusiyanın Barents/Avro-Arktika Şurasından çıxması ilə bağlı məktubu təşkilatın iştirakçılarına və katibliyinə və Cozeff Borrelə göndərilib.
Bəyanatda o da bildirilib ki, Rusiya Barents/Avro-Arktika Şurasından çıxdıqdan sonra şimalda tapşırıqları yerinə yetirməyə davam edəcək və əməkdaşlığa açıqdır.