23 iyun 2023-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Yevgeni Priqojinə qarşı qanuni və əsaslı şəkildə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyan təşkil etmə faktı) ilə bağlı cinayət işi açıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək.
"Bu cinayət 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - deyə Baş Prokurorluqdan bildirilib.