Bank Of Baku

Rusiya Baydenin Putin haqqında dediklərinə görə ABŞ-a nota verib

Rusiya Baydenin Putin haqqında dediklərinə görə ABŞ-a nota verib
# 21 mart 2022 19:40 (UTC +04:00)

ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinin ünvanına son zamanlar qəbuledilməz çıxışları ilə əlaqədar səfirə etiraz notası təqdim edilib.

“Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Co Bayden Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” hesab etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR