Bank Of Baku

Rusiya BƏM yurisdiksiyasından çıxmağı nəzərdən keçirə bilər

Rusiya BƏM yurisdiksiyasından çıxmağı nəzərdən keçirə bilər
# 18 sentyabr 2023 11:58 (UTC +04:00)

Rusiya hökuməti Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasından çıxmağı nəzərdən keçirə bilər.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası vitse-spikeri “Telegram”da yazıb.

Onun sözlərinə görə, BƏM Ukraynanın Soyqırım Konvensiyasının pozulması ilə bağlı iddiasını nəzərdən keçirən zaman Kiyevin sifarişləri əsasında siyasiləşdirilmiş qərar qəbul etsə Moskva belə bir qərar verəcək.

Kosaçov qeyd edib ki, Ukrayna Rusiyanı Soyqırım Konvensiyasını pozmaqda ittiham edir və onun fikrincə siyasilışdirilmiş qərar qəbul ediləcək.

Siyasətçi onu da əlavə edib ki, Rusiya üçün BƏM yurisdiksiyasından çıxmaq qərarının qəbul olunması özlüyündə asan hüquqi məsələ deyil, çünki bu qurum, BMT-nin əsas orqanlarından biridir və BƏM-in Nizamnaməsi BMT Nizamnaməsinin ayrılmaz hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR