Bank Of Baku

Rusiya bəzi kateqoriyalardan olan şəxsləri Ukraynadakı müharibəyə göndərməyəcək

Rusiya bəzi kateqoriyalardan olan şəxsləri Ukraynadakı müharibəyə göndərməyəcək
# 21 sentyabr 2022 11:16 (UTC +04:00)

Rusiyada kimlərin qismən səfərbərliyə və Ukraynadakı müharibəyə aparılmayacağı açıqlanıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya müdafiə naziri Sergey Şoyqu tələbələr və çağırışçıların qismən səfərbərliyə və xüsusi əməliyyata göndərilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində qismən səfərbərliyin ancaq ​ hazırda ehtiyatda olanlara, ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş və xüsusi hərbi ixtisasa malik olan vətəndaşlara şamil edildiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR