Bank Of Baku

Rusiya BMT İnsan Haqları Şurasında müşahidəçi statusunda qalıb

Rusiya BMT İnsan Haqları Şurasında müşahidəçi statusunda qalıb
# 16 aprel 2022 12:37 (UTC +04:00)

Rusiya BMT-nin İnsan Hüquqları Şurasındakı səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyini elan edərək, bu təşkilatda gələcək fəaliyyətində öz hüquqlarının pozulmasına imkan verməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Əgər Rusiya aprelin 7-də “Liviya ssenarisi” ilə razılaşsaydı, biz əslində İnsan Hüquqları Şurasındakı üzvlüyümüzün qalan il yarımı üçün də oxşar “diskvalifikasiya” alacaqdıq. Səssiz tamaşaçı rolu – başqa heç nə”, – rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, BMT-nin İnsan Haqları Şurasını təsis edən sənədlərdə heç bir ölkənin üzvlüyünün dayandırılmasından sonra görüləcək tədbirlər haqqında heç nə deyilmir.

Nazir müavini xatırladıb ki, 2011-ci ildə Şura Liviyanın üzvlüyünü dayandırıb - o zaman rəsmi Tripoli bütün səlahiyyətlərdən - qərarların qəbulunda və səsvermədə iştirak etmək, gündəlikdəki məsələlər üzrə çıxış etmək, istənilən bəyanatı hazırlamaq və yaymaq hüququndan məhrum edilib. Liviya nümayəndə heyəti yalnız iclas zalında olmağa davam edə bilərdi, hətta arxasında Liviya nümayəndə heyətinin olduğunu göstərən işarə olmayacaqdı.

Verşinin vurğulayıb ki, Rusiyanı bu variant qane edə bilməz: “Öz növbəsində müşahidəçi statusu Moskvaya İnsan Haqları Şurasını üzvü olan dövlətlərin səlahiyyətləri ilə müqayisə oluna bilən imkanlar verir. Biz öz təşəbbüslərimizi təqdim etməyə, qətnamə layihələri üzrə danışıqlar prosesində iştirak etməyə, çıxışlar və bəyanatlar verməyə davam edəcəyik. Başqa sözlə, daha çətin şəraitdə də olsa, Rusiyanın aktual beynəlxalq məsələlər ilə bağlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdıra biləcəyik”.

Qeyd edək ki, aprelin 7-də BMT Baş Assambleyası Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyanın İnsan Haqları Şurasındakı fəaliyyətini dayandıran qətnamə qəbul edib. Qətnamənin lehinə 93 ölkə səs verib. 24 ölkə əleyhinə, 58 ölkə isə bitərəf qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR