Bank Of Baku

Rusiya daha Avropa Şurasının iclaslarında iştirak etməyəcək

Rusiya daha Avropa Şurasının iclaslarında iştirak etməyəcək
# 10 mart 2022 11:51 (UTC +04:00)

Rusiya daha Avropa Şurasının iclaslarında iştirak etməyəcək.

APA Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Bir-birinizdən həzz alın, amma Rusiyasız. Rusiyaya qarşı dost olmayan Aİ və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində (mütləq çoxluqdan sui-istifadə edərək) Avropa Şurasını və Avropada ümumi humanitar-hüquqi məkanı məhv etmək xəttini davam etdirirlər”, - bəyanatda deyilir.

Rusiya XİN Qərb ölkələrinə də xəbərdarlıq edib: “Hadisələrin gedişatı dönməz xarakter alır. Rusiya ABŞ-ın və onun satellitlərinin tapdaladığı beynəlxalq hüququn yerinə "qaydalara əsaslanan nizam"ın tətbiqi istiqamətində kollektiv Qərbin həyata keçirdiyi bu təxribatçı hərəkətlərlə barışmaq niyyətində deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR