Rusiya Ukraynanın Dnepr şəhərinə iki raket zərbəsi endirib.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Dnepr regional hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko “Telegram” kanalında məlumat paylaşıb.
Bildirib ki, Rusiya səhər saatlarında Sinelnikov və Pavloqrad rayonlarına raket zərbəsi endirib. Nəticədə Sinelnikovda iki nəfər yaralanıb.
Zərbə nəticəsində, eyni zamanda dəmir yolu infrastrukturu obyektinin də zədələndiyini bildirilib.