Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edib.
APA xəbər verir ki, Rusiya Dövlət Duması Avropada adi silahlı qüvvələr haqqında müqavilənin denonsasiya edilməsi barədə qanun qəbul edib.
Qeyd edək ki, mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Rusiya Avropada adi silahlı qüvvələr haqqında müqaviləni denonsasiya edilməsinə dair sərəncam imzalayıb.
Sərəncamda Putin xarici işlər nazirinin müavini Sergey Ryabkovu parlamentdə özünün məlum müqavilənin ləğv edilməsi ilə bağlı nümayəndəsi təyin edib.
Xatırladaq ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb.