Rusiya Dövlət Duması Bundestaqa müraciət qəbul edib.
APA-nın Moskva müxbiri xəbər verir, Rusiya parlamentinin aşağı palatasının müraciəti Almaniyanın Kiyev rejiminin cinayətlərində iştirakı ilə bağlı olub.
Qeyd edək ki, Dumanın beynəlxalq əlaqələr komitəsinin sədri Loenid Slutski martın 7-də komitə tərəfindən Almaniyanın Kiyev rejiminin dinc əhaliyə qarşı törətdiyi cinayətlərdə iştirakı ilə bağlı Bundestaqa müraciət layihəsi təqdim olunduğunu söyləmişdi.
Dumanın bu gün keçirilən plenar iclasında müraciət layihəsinə baxılıb və müraciət qəbul olunub.
Müraciətdə Rusiya parlamenti Bundestaqı obyektiv araşdırma aparmağa və ölkəni Ukrayna rejiminin tərəfində silahlı münaqişəyə sürükləyən hərəkətlərin qarşısını almağa çağırıb.