Bank Of Baku

Rusiya Dumasının spikeri Vyetnama səfərini təxirə salıb

Rusiya Dumasının spikeri Vyetnama səfərini təxirə salıb
# 24 iyun 2023 12:54 (UTC +04:00)

Rusiya Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin Vyetnama səfərini təxirə salıb.

APA xəbər verir ki, bu barədə Rusiya Dumasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Volodinin 25-26 iyun tarixlərində Vyetnama rəsmi səfər edəcəyi və bu ölkənin Milli Assambleyası (parlament) ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 2-ci iclasında həmsədr kimi iştirak edəcəyi planlaşdırılmışdı.

Səfərin təxirə salınmasına səbəb kimi Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin başçılığı ilə ölkədə hərbi qiyamın başlaması göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR