Bank Of Baku

Rusiya Ərəb ölkələri-İran əlaqələrinin bərpası istiqamətində addımları alqışlayır

Rusiya Ərəb ölkələri-İran əlaqələrinin bərpası istiqamətində addımları alqışlayır
# 10 iyul 2023 18:01 (UTC +04:00)

Rusiya Ərəb ölkələri-İran münasibətlərinin bərpası istiqamətində atılan addımları alqışlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrin xarici işlər nazirləri ilə görüşdən sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri əlaqələri artırmaq niyyətlərini təsdiqləyiblər:

"Rusiya Federasiyası ilə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ölkələri arasında dialoqun yeddinci raundu 2024-cü ildə Qətərin sədrliyi ilə keçiriləcək. Rusiya Federasiyası və Fars körfəzinin ərəb dövlətləri 2023-2028-ci illər üçün birgə bəyanat və fəaliyyət planı qəbul ediblər".

Suriyanın Ərəb Liqasına qayıtmasını vurğulayan Rusiya XİN başçısı bunun bütün Yaxın Şərqdəki siyasi atmosferə müsbət təsir göstərdiyini söyləyib.

O, Fars körfəzinin ərəb ölkələrinin Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR