Bank Of Baku

Rusiya Federal Gömrük Xidmətinin binasında yanğın baş verib - VİDEO

Rusiya Federal Gömrük Xidmətinin binasında yanğın baş verib - VİDEO
# 08 sentyabr 2023 02:51 (UTC +04:00)

Rusiya paytaxtında daha bir irimiqyaslı yanğın baş verib.

Sentyabrın 8-nə keçən gecə Moskvada Rusiya Federasiyası Federal Gömrük Xidmətinin binası yanıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın “Diqqət, Moskva” teleqram kanalı məlumat yayıb.

“Moskvanın şərqində yanğın. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, çağırış Federal Gömrük Xidmətinin yerləşdiyi binadan daxil olub”, - məlumatda bildirilir.

Qeyd olunur ki, yanğın yerində partlayış səsləri eşidilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR