Rusiya Federasiya Şurası “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləni ratifikasiya edib.
APA bu barədə TASS-a istinadən xəbər verir.
***
15:10
Rusiya Dövlət Duması “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləni ratifikasiya edib.
APA TASS-a istinadən xəbər verir ki, təsdiqlənən sənəd Prezident Vladimir Putin tərəfindən gündəliyə salınıb.
Təsdiqləndiyi gündən qüvvəyə minən qanun iqtisadiyyat, müdafiə, sərhədlərin mühafizəsi, etnik azlıqların haqlarının qorunması və s. sahələri əhatə edir.