Rusiya Federasiya Şurası LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunlar paketini təsdiqləyib.
APA-nın Moskva müxbirinin məlumatına görə, qanun layihəsi Federasiya Şurasının bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılıb və təsdiqlənib.
Bundan başqa, Federasiya Şurası dövlət orqanlarının, kilsələrin, dəmiryol vağzallarının və məktəblərin binaları yaxınlığında mitinqlərin qadağan edilməsi haqqında qanunu da təsdiqləyib.