Bank Of Baku

Rusiya Federasiya Şurası Xəzərin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya edib

Rusiya Federasiya Şurası Xəzərin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya edib
# 25 sentyabr 2019 15:39 (UTC +04:00)

Rusiya Federasiya Şurası “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı ratifikasiya edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu gün keçirilən Rusiya Federasiya Şurasının plenar iclasında konvensiya haqqında federal qanunun ratifikasiyası müzakirə olunub.

Konvensiya haqqında federal qanun Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi tərəfindən gündəliyə salınıb.

Komitə sədrinin birinci müavini Vladimir Cabarov Konvensiya haqqında məruzə ilə çıxış edib.

Daha sonra konvensiyanın ratifikasiyası səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, uzun sürən danışıqlardan sonra ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. 

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisi “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edib. 

Ötən həftə isə Rusiya Dövlət Duması “Xəzərin hüquqi statusu haqqında” Konvensiyanı təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR