Bank Of Baku

Rusiya FHN-nin əməkdaşlarına iPhone-dan istifadə etmək qadağan edilib

Rusiya FHN-nin əməkdaşlarına iPhone-dan istifadə etmək qadağan edilib
# 05 yanvar 2024 16:48 (UTC +04:00)

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına iş yerində iPhone-dan istifadə etmək qadağan edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Mash" yazıb.

Bildirilib ki, məsafədən telefonun "sındırılması" təhlükəsinin mümkünlüyü bu qərarın qəbul edilməsinə səbəb olub. Qeyd olunub ki, iş və ev üçün yalnız bir qadcet olduğu təqdirdə, o, məxfi məlumatları və dövlət sirrini saxlaya bilər. Hansı ki, özgənin əlinə keçməməlidir.

FHN işçilərinə android və ya hər hansı digər telefonlara keçmələri tövsiyə olunub.

Əmr yanvarın 10-dan qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR