Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Suriyada zəlzələdən sonra xilasetmə əməliyyatını başa çatdırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Bildirilib ki, Suriyanın zəlzələdən əziyyət çəkən bölgələsində xilasetmə işləri başa çatdırılıb, humanitar işlər isə davam etdirilir.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyə ilə yanaşı Suriyanın da zəlzələdən əziyyət çəkən bölgələrinə xilasedicilər və humanitar yardım göndərib.