Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sentyabr ayı ərzində ölkənin 45 regionunda 123 qanunsuz silah anbarı aşkar edib.
APA xəbər verir ki, bu barədə TASS Rusiya FTX ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən xəbər yayıb.
Həmçinin qeyd olunub ki, 353 ədəd odlu silah qanunsuz dövriyyədən çıxarılıb. Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 45 region üzrə 123 nəfərin yaşayış ünvanına baxış keçirilərkən yerli və xarici ölkə istehsalı olan silahlar müsadirə olunub. Tank əleyhinə qurğu, avtomatik qumbaraatan, 3 pulemyot, 22 avtomat, 11 pulemyot-tapança, 170 tapança və revolver, 145 tüfəng, karabin, 4 qumbaraatan, 123 artilleriya mərmisi və mina, 462 qumbara, 54 partlayıcı detonator, 79 kiloqramdan çox partlayıcı maddə (barıt, trotil), 37 min ədəddən çox güllə müsadirə olunub.
Tədbirlər nəticəsində 45 qeyri-qanuni fəaliyyət göstərən silah-sursat hazırlayan emalatxanaların fəaliyyəti dayandırılıb.