Bank Of Baku

Rusiya FTX ABŞ agentini saxladığını açıqlayıb

Rusiya FTX ABŞ agentini saxladığını açıqlayıb
# 28 avqust 2023 12:02 (UTC +04:00)

ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı Robert Şonov bu ölkənin RF-dəki səfirliyinin siyasi şöbəsinin göstərişi ilə səfərbərlik, xüsusi hərbi əməliyyatın gedişi və rusiyalıların etiraz fəaliyyəti ilə bağlı məlumatların toplanması ilə əlaqədar saxlanılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti ABŞ-ın Moskvadakı səfirliyinin informatroru, ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı, Rusiya vətəndaşı Şonov Robert Robertoviçin qanunsuz fəaliyyətinin qarşısını alıb. Ona qarşı Cinayət Məcəlləsinin 275.1-ci “Xarici dövlətlə konfidensial əməkdaşlıq”maddəsi ilə ittiham irəli sürülüb" - deyə məlumatda bildirilib.

FTX-nin məlumatında Şonovun 2022-ci ilin sentyabrından saxlanıldığı vaxta qədər ödəniş müqabilində “ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsinin əməkdaşları Silin Cefri və Bernşteyn Devidin tapşırığını yerinə yetirdiyi, xüsusi hərbi əməliyyatın gedişi, Rusiyanın regionlarında səfərbərlik prosesləri, problemli məqamlar və 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ərəfəsində əhalinin etiraz fəallığına təsirinin qiymətləndirilməsi ilə məlumatlar topladığı qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR