Bank Of Baku

Rusiya FTX: Priqojinin hərəkətləri ölkə ərazisində vətəndaş münaqişəsinin başlanmasına çağırışdır

Rusiya FTX: Priqojinin hərəkətləri ölkə ərazisində vətəndaş münaqişəsinin başlanmasına çağırışdır
# 24 iyun 2023 01:28 (UTC +04:00)

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin bəyanatları və hərəkətləri əslində Rusiya ərazisində silahlı vətəndaş münaqişəsinin başlanmasına çağırışlardır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumatda bildirilib.

“Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri ilə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir. Priqojinin adından sosial şəbəkələrdə guya Rusiya Müdafiə Nazirliyinin Vaqner özəl hərbi şirkətinin qüvvələrinə zərbələr endirməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və təxribatdır”, - deyə FTX-ın açıqlamasında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR