Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbçilərinin Bryansk vilayətinə hücumu ilə bağlı məlumatı təsdiqləyib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
FTX-nın məlumatında Bryansk vilayətinin Klimovski rayonunda sərhəddə Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya Federasiyası Müdafiə Nazirliyinin qüvvələri dövlət sərhədini pozan silahlı ukraynalıları məhv etmək üçün tədbirlər gördüyü bildirilib.