Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin keçmiş muzdlu əsgəri olan iki kolumbiyalını saxlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.
Bildirilib ki, Kolumbiya vətəndaşları Medina Aranda Xose Arona və Ante Aleksandr Venesuelada saxlanılıb və oradan Moskvaya ekstradisiya olunublar.
Qeyd olunub ki, Rusiyaya qarşı Ukrayna tərəfində döyüşlərdə iştirak edən kolumbiyalılar “Karpatskaya Seç” bölməsində xidmət ediblər.