Rusiya-Gürcüstan sərhədində 4.4 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 07:34-də qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.