Rusiya-Gürcüstan sərhədində 4,8 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Yer Elmləri və Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Bildirilib ki, Tbilisi vaxtı ilə saat 16:26 qeydə alınmış zəlzələnin episentri Gürcüstanla sərhəddən 61 km. dərinlikdə, Rusiya ərazisində, İnquşetiyada olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.