Rusiya Federasiyasının hava məkanı 2029-cu ilə qədər Avropaya uçuşlar üçün bağlı qalacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının bəyanatında bildirilib.
“Hazırda Ukrayna və Rusiyanın hava məkanının planlaşdırma üfüqünün sonuna, 2029-cu ilə qədər bağlı qalacağını güman edirik”, -deyə təşkilatın bəyanatında qeyd olunub.