Qvardiya general-mayoru, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş komandanının müavini Mixail Qudkov Kursk vilayətində ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Amur vilayətinin qubernatoru Oleq Kojemyako məlumat verib.
Ukrayna ordusu Kursk bölgəsində Rusiya Qəhrəmanı Mixail Qudkovun da olduğu komanda məntəqəsinə dəqiq raket zərbələri endirib.
Rusiya Qəhrəmanı Qudkovla bərabər ən azı 10 zabitin də həyatını itirdiyi bildirilir.