Bank Of Baku

Rusiya HƏMAS-ın girovları arasında rusiyalıların olub-olmadığını araşdırır

Rusiya HƏMAS-ın girovları arasında rusiyalıların olub-olmadığını araşdırır
# 10 oktyabr 2023 13:20 (UTC +04:00)

Rusiya Federasiyası HƏMAS-ın girovları arasında həqiqətən də rusiyalıların olub-olmadığını və onların gələcək taleyini araşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın həm İsrail, həm də Fələstinlə təmasları davam etdirdiyini və nizamlanma yollarının tapılmasına kömək etmək niyyətində olduğunu söyləyib.

Kremlin sözçüsü Fələstin Prezidenti Mahmud Abbasın Rusiya Federasiyasına səfərinin əvvəlcədən planlaşdırıldığını, hələlik səfərin dəqiq tarixinin olmadığını qeyd edib.

Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın guya Yaxın Şərqdə müharibəyə başlamaq istədiyi barədə açıqlamalarını da şərh edib. O, bu iddianın heç bir əsasının olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR