Bank Of Baku

Rusiya hərbçiləri Ukraynada 181 təyyarə və helikopteri məhv edib

Rusiya hərbçiləri Ukraynada 181 təyyarə və helikopteri məhv edib
# 17 mart 2022 11:42 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatı məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 181 təyyarəsi və helikopteri, 172 pilotsuz uçuş aparatı, 170 zenit-raket kompleksi, 1379 tank və digər zirehli döyüş texnikası, 133 reaktiv yaylım atəş sistemi, 514 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 1168 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR