Bank Of Baku

Rusiya hərbçiləri Ukraynadakı hərbi aerodromda qırıcı təyyarə və helikopteri vurub

Rusiya hərbçiləri Ukraynadakı hərbi aerodromda qırıcı təyyarə və helikopteri vurub
# 09 aprel 2022 12:27 (UTC +04:00)

Rusiya Ukraynanın Poltova vilayətinin Mirqorod hərbi aerodromuna raket zərbələri endirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Poltava vilayətində, Mirqorod hərbi aerodromunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı və Mi-8 helikopteri, həmçinin aviasiya silahları olan anbar havadan buraxılan yüksək dəqiqlikli raketlərlə məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov əlavə edib ki, gecə saatlarında yüksək dəqiqlikli havadan buraxılan raketlər Dnepropetrovsk vilayətinin Novomoskovsk ərazisində Ukrayna silahlı qüvvələrinin böyük silah-sursat anbarını məhv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR