Bank Of Baku

Rusiya hərbi pilotları Ermənistanda təlimlər keçirib

Rusiya hərbi pilotları Ermənistanda təlimlər keçirib
# 20 iyun 2023 09:43 (UTC +04:00)

Ermənistandakı Rusiya qoşunlarının hərbi pilotları təlimlər keçirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, təlim uçuşlarına 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının əməliyyat-taktiki aviasiyasının hərbçiləri şərti düşmən hədəflərini vurublar.

Təlimlərdə iştirak edən MİQ-29 çoxməqsədli qırıcılarının pilotları müxtəlif tapşırıqlar yerinə yetiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR