Rusiya Prezidenti Vladimir Putin iyunun 10-da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, sabah baş tutacaq görüş çərçivəsində Rusiya və Türkmənistan arasında Strateji Tərəfdaşlığın dərinləşdirilməsini nəzərdə tutan Bəyannamə imzalanacaq.