Bank Of Baku

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb
# 21 sentyabr 2022 20:35 (UTC +04:00)

Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi olub.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi çərçivəsində on hərbi əsirin azad edilməsi üçün vasitəçilik səyləri uğurlu olub.

"Azad edilən hərbi əsirlər arasında Mərakeş, ABŞ, Böyük Britaniya, İsveç və Xorvatiya vətəndaşları var.

Səudiyyə Ərəbistanının müvafiq orqanları əsirləri Rusiyadan təhvil alıb və onların öz ölkələrinə təhlükəsiz qayıtması üçün prosedurları həyata keçirir", XİN-in məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR