Rusiya ilə Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi baş verib.
APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, danışıqlar sayəsində 101 rusiyalı hərbçi geri qaytarılıb.
MN-dən bildiriblər ki, əsirlikdən azad edilmiş hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq, onların hamısına lazımi yardım göstəriləcək.