Bank Of Baku

Rusiya İstintaq Komitəsi: Putinin məsləhətçisinin qızı ilə bağlı cinayət əvvəlcədən planlaşdırılıb - YENİLƏNİB - 3

Aleksandr Duqin və qızı Daria Duqina

© APA | Aleksandr Duqin və qızı Daria Duqina

# 21 avqust 2022 14:34 (UTC +04:00)

İstintaq hesab edir ki, Daria Duqinanın öldüyü cinayət hadisəsi əvvəlcədən planlaşdırılıb və sifarişlə hazırlanıb.

APA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib.

"Əldə edilmiş məlumatları nəzərə alaraq, istintaq cinayətin əvvəlcədən planlaşdırıldığını və sifarişli olduğunu hesab edir", - məlumatda deyilir.

Qeyd olunur ki, hazırda Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə müstəntiqlər hadisə yerinə baxış keçirməyi davam etdirirlər. O cümlədən, partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə yanmış avtomobilə baxış keçirilib, sonradan avtomobil xüsusi dayanacağa təxliyə edilib.

İstintaq orqanlarının məlumatına görə, şənbə günü axşam Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində jurnalist və politoloq Daria Duqinanın idarə etdiyi avtomobil hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

***

11:09

Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinanın ölümünü araşdırır.

APA xəbər verir ki, Rusiya mediası ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinanın idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı “millətçilər”i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.

***

02:04

Moskva vilayətində avtomobil partlayıb.

APA TASS-a istinadən xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində sürücü ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.

Ölən şəxs tanınmış politoloq Aleksandr Duqinin qızıdır.

Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR