Rusiya Xarici İşlər Nazirliyi İsveçin beş rusiyalı diplomatı ölkədən çıxarmasına görə cavab vəd edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN İsveç tərəfinə müvafiq cavab veriləcəyini açıqlayıb.
Qeyd edək ki, İsveçin xarici işlər naziri Tobias Billström 5 rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edərək, onların fəaliyyətinin "diplomatik statusları ilə bir araya sığmadığını" bildirib.