Rusiya Kanadanın sanksiyalarına cavab olaraq 99 nəfərin ölkəyə girişinə qadağa qoyub

Rusiya Kanadanın sanksiyalarına cavab olaraq 99 nəfərin ölkəyə girişinə qadağa qoyub
# 01 iyul 2024 21:40 (UTC +04:00)

Kanadanın sanksiyalarına görə Rusiya bu ölkənin 99 vətəndaşının ölkəyə girişinə icazə verməyib.

APA xəbər verir ki, bu barədə iyulun 1-də Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda məlumat verilib.

Nazirlik qeyd edib ki, bu qərar baş nazir Castin Trüdonun hakim rejimi tərəfindən qəbul edilən növbəti sanksiyalar dalğası ilə əlaqədar qəbul edilib.

Siyahıya parlamentarilər, müxtəlif səviyyəli dövlət rəsmiləri, iş adamları və hərbi sənaye şirkətlərinin rəhbərləri, ekspertlər və media rəhbərlərinin adları daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR