Rusiya SS əməkdaşı, nasist Yaroslav Qunkonun Kanadadan ekstradisiya olunması üçün İnterpola müraciət hazırlayır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu müvafiq göstəriş verib.
Rusiya MN başçısı Kanada parlamenti tərəfindən alqışlanan keçmiş SS əməkdaşı Yaroslav Qunkonun ekstradisiyası üçün Kanada və İnterpola müraciət hazırlamağı tapşırıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadaya səfəri zamanı parlamentdə Yaroslav Qunko ilə görüş təşkil olunub. Qunkonun keçmiş SS əməkdaşı olduğunu barədə məlumatlar yayılandan sonra Kanada parlamentinin spikeri istefa verib.