Bank Of Baku

Rusiya kəşfiyyatı: NATO Dnestryanını qorxutmaq üçün Odessada qüvvələr yerləşdirməyə hazırlaşır

Rusiya kəşfiyyatı: NATO Dnestryanını qorxutmaq üçün Odessada qüvvələr yerləşdirməyə hazırlaşır
# 23 sentyabr 2025 12:06 (UTC +04:00)

Avropa Moldovanı işğal etməyə hazırlaşır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

Bildirilib ki, hazırkı mərhələdə NATO-ya üzv dövlətlər silahlı qüvvələrini Moldova sərhədi yaxınlığında Rumıniyada cəmləşdirir.

“NATO Dnestryanını qorxutmaq üçün Odessa vilayətinə qüvvələr yerləşdirməyə hazırlaşır. İlk hərbçi qrupu artıq Odessaya gəlib”, - Rusiya Xarici Kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR