Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə hər il keçirilən Beynəlxalq Ordu Oyunları bu il keçirilməyəcək. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayılan məlumatda Beynəlxalq Ordu Oyunlarının iki ildən bir keçirilməsinin qərara alındığı, növbəti yarışların 2024-cü ildə keçiriləcəyi bildirilib.
Qeyd olunub ki, Beynəlxalq Ordu Oyunları bu il keçirilməyəcək.
"Beynəlxalq Ordu Oyunlarının iki ildən bir keçirilməsi qərara alınıb. Buna uyğun olaraq bu il yarışlar ləğv edilib, növbəti oyunlar 2024-cü ildə keçiriləcək", - deyə mənbə bildirib.
Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları hər il ənənəvi olaraq avqustun sonunda keçirilir. "Tank biatlonu", "Dəniz kuboku" və digər müsabiqələri daxil olduğu turnir Rusiya, Azərbaycan, Qazaxıstan və digər MDB ölkələrində keçirilir.