Krım körpüsündə terror aktı həyata keçirilib, körpünün avtomobil yolu hissəsi zədələnib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin (MAK) məlumatında bildirilib.
Qeyd olunub ki, Krım körpüsünə hücum saat 03.05-də Ukraynanın iki pilotsuz suüstü aparatı tərəfindən həyata keçirilib. Nəticədə iki nəfər ölüb, bir azyaşlı yaralanıb.
"Krım körpüsündə baş verənlərlə bağlı “terror aktı” maddəsi ilə iş başlanıb", deyə MAK-ın məlumatında vurğulanıb.