Bank Of Baku

Rusiya Krım körpüsünün zədələndiyini təsdiqləyib

Rusiya Krım körpüsünün zədələndiyini təsdiqləyib
# 17 iyul 2023 10:26 (UTC +04:00)

Ukraynanın hücumu nəticəsində Krım körpüsü zədələnib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Krım parlamentinin sədri Vladimir Konstantinov bildirib.

“Bu gecə Kiyevdəki terror rejimi yeni cinayət törədib, Krım körpüsünə hücum olunub", deyə Krım rəsmi vurğulayıb.

Onun sözlərinə görə, hər bir belə zərbəyə görə qisas alınacaq.

Krım rəhbəri Sergey Aksyonov da körpüyə hücum olunduğunu təsdiqləyib.

Rusiyanın teleqram kanallarında körpünün avtomobil yolu hissəsinin dağıldığına dair görüntülər yayılıb.

İndiyə olan məlumata görə, Krım körpüsündə 5 saatlıq fasilədən sonra dəmiryolu nəqliyyatının bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR