Bank Of Baku

Rusiya lideri Ukraynada sanitar zonanın yaradılmasını mümkün sayır

Rusiya lideri Ukraynada sanitar zonanın yaradılmasını mümkün sayır
# 13 iyun 2023 18:55 (UTC +04:00)

“Belə davam etsə, biz Ukrayna ərazisində elə məsafədə sanitar zona yaradılması məsələsinə baxmağa məcbur olacağıq ki, ərazimizə zərbə endirmək mümkün olmasın”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə Ukrayna tərəfinin Rusiya ərazisinə zərbələr endirməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, problem mövcuddur və bu, Kiyev üçün vacib olan digər bölgələrdən qüvvələrin bu tərəfə yönəldilməsi istəyi ilə bağlıdır.

Prezident qeyd edib ki, sərhədi möhkəmləndirmək lazımdır, bu proses artıq gedir və kifayət qədər sürətlə gedir.

Putin Rusiyada hərbi vəziyyətin tətbiqinə ümumiyyətlə ehtiyac olmadığını da söyləyib: "Bəzi məsələlər üzərində daha diqqətli işləmək lazımdır. Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətini genişləndirməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR