Rusiya məhkəməsi keçmiş ukraynalı səfiri qiyabi həbs edib

Rusiya məhkəməsi keçmiş ukraynalı səfiri qiyabi həbs edib
# 04 mart 2024 11:06 (UTC +04:00)

Rusiya məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş səfiri Pyotr Vrublevskini qiyabi həbs edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, ukraynalı diplomat nifrət aşılama maddəsi ilə ittiham olunub. Buna səbəb Vrublevskinin Ukraynanın Qazaxıstandakı diplomatik nümayəndəliyinə rəhbərlik edərkən 2022-ci ilin avqustunda verdiyi müsahibə olub. O, müsahibəsində "indi nə qədər çox rus öldürsək, uşaqlarımız bir o qədər az öldürməli olacaqlar", - deyə bildirib.

"Rosfinmonitorinq" Vrublevskini terrorçu və ekstremistlər siyahısına daxil edib.

2022-ci il oktyabrın əvvəlində Vrublevski Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim edilib. Lakin rəsmi Astananın ukraynalı diplomatı ölkədən çıxarmaması rəsmi Moskvanın tənqidinə səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iradlarından sonra Rusiya səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Oktyabrın ortalarında Ukrayna Prezidenti Vladimir Zelenski Vrublevskini səfir vəzifəsindən azad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR