Bank Of Baku

Rusiya məhkəməsi "Pervıy kanal”ın keçmiş redaktoru barədə qiyabi həbs qərarı çıxarıb

Rusiya məhkəməsi "Pervıy kanal”ın keçmiş redaktoru barədə qiyabi həbs qərarı çıxarıb
# 20 oktyabr 2022 22:54 (UTC +04:00)

Moskvanın Basmannı rayon məhkəməsi "Pervıy kanal”ın keçmiş redaktoru Marina Ovsyannikova barədə qiyabi həbs qərarı çıxarıb.

APA-nın Moskva müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən M. Ovsyannikova barəsində həbs qətimkan tədbirinin seçilməsi, Rusiyaya ekstradisiya edildiyi və ya Rusiyada saxlanıldığı andan etibarən 1 ay 29 gün həbs edilməsi barədə müstəntiqin vəsatəti təmin edilib.

Qeyd edək ki, bu ilin avqustunda məhkəmə Ovsyannikovanı silahlı qüvvələri nüfuzdan salan bəyanatlar verməkdə təqsirləndirərək oktyabrın 9-dək ev dustaqlığına məhkum edib. Lakin o, ölkəni tərk edib və bundan sonra Daxili İşlər Nazirliyi Ovsyannikovanı axtarışa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR