Rusiya məhkəməsi Qordonu qiyabi olaraq azadlıqdan məhrum edib

Ukraynalı jurnalist Dmitri Qordon

© APA | Ukraynalı jurnalist Dmitri Qordon

# 01 iyul 2024 17:20 (UTC +04:00)

Rusiya məhkəməsi ukraynalı jurnalist Dmitri Qordonu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, məhkəmə terrora çağırışda ittiham olunan ukraynalı tanınmış jurnalist barəsində qiyabi 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

Qeyd edək ki, Qordon Rusiyada xarici agent kimi tanınıb, Rusiya Federasiyasının terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib. Onun barəsində cinayət işi RusiyaPprezidenti Vladimir Putini və Belarus Prezidenti Aleksandr Lukaşenkonu
öldürmək çağırışlarına görə başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR