Bank Of Baku

Rusiya məhkəməsi siyasətçi Leonid Qozmanı qiyabi həbs edib

Rusiya məhkəməsi siyasətçi Leonid Qozmanı qiyabi həbs edib
# 20 fevral 2024 11:44 (UTC +04:00)

Moskvanın Qaqarin Rayon Məhkəməsi siyasətçi Leonid Qozmanı Rusiya ordusu haqqında feyk məlumatlar yaydığına görə qiyabi həbs edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə siyasətçi barəsində bu gün qiyabi həbs qərarı çıxarıb.

Məhkəmədə bildirildiyinə görə, cinayət işinə səbəb Qozmanın yazdığı “Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Buça şəhərində hərəkətləri haqqında məlumatı qəsdən təhrif etməsinə” dair mətnlər olub.

Qeyd edək ki, Leonid Qozman Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent siyahısına da salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR